12 C
Baku
Saturday, November 9, 2024

“Tesla” səhmləri rüblük hesabatın dərcindən sonra 7.7% ucuzlaşıb

“Tesla” rekord 25.5 milyard dollarlıq rekord rüblük gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5% çoxdur. Lakin artım şirkətin elektrik nəqliyyat vasitələrinin satışı ilə deyil, enerji bölməsinin işi ilə bağlı olub. Beləliklə, son rübdə elektromobillərin satışından əldə edilən gəlir 7% azalaraq 19.9 milyard dollara düşüb, enerji bölməsindən əldə olunan gəlir isə 100% artaraq 3 milyard dollara yüksəlib.

Səhm başına qazanc LSEG analitiklərinin gözlədiyindən aşağı olub: 0.62 dollara qarşı 0.52 dollar. Əməliyyat mənfəət marjası illik müqayisədə 18.7%-dən 14.4%-ə düşüb ki, bu da son beş ildən çox müddətdə ən aşağı göstəricidir. Xalis mənfəət 45% azalaraq 1.48 milyard dollara enib.

Elektrikli avtomobillərin satışı da azalıb – 5%, 444 mindən bir qədər az satılıb. Bundan əlavə, pilotsuz taksinin vəd edilmiş təqdimatı ilə bağlı qeyri-müəyyənlik investorları məyus edib. Əvvəlcə İlon Mask onu avqustun 8-də nümayiş etdirəcəyini bildirsə də,təqdimat oktyabrın 10-a təxirə salınıb.

Son xəbərlər
Digər xəbərlər