10 C
Baku
Thursday, December 12, 2024

“Tesla” satışların azalması fonunda avtomobillərinin qiymətini aşağı salıb

“Tesla” Çin, Avropa və ABŞ-də elektrik avtomobillərinin qiymətini aşağı salıb. Bu, satışların azalması fonunda baş verib.

Çində şirkət bütün çeşid üçün qiymətləri endirib: Model 3-ün qiyməti 245 900 yuandan 231 900 yuana (32 000 dollar) düşüb. Model Y qiyməti 263 900 yuandan 249 900 yuana (təxminən 34 500 dollar) endirilib.

ABŞ-da ən ucuz konfiqurasiyada Model Y indi 42 990 dollardan başlayır, buna görə də onun qiyməti minimum dəyərlərə qayıdıb. Almaniyada Model 3-ün qiyməti 42 990 avrodan 40 990 avroya (43 670 dollar) düşüb.

Bundan əlavə, aprelin 20-də İlon Maskın sürücüyə yardım proqramının (Full Self-Driving) qiymətini aşağı salıb – onun qiyməti üçdə bir azalaraq 12 000 dollardan 8 000 dollara düşüb.

Zəif nəticələrə baxmayaraq, “Tesla” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, səhmdarları Mask üçün 56 milyard dollarlıq mükafat paketinin ayrılması ilə bağlı səsverməyə yenidən dəvət edib.

Nasdaq-da “Tesla” səhmləri aprelin 19-da ticarətin bağlanışında demək olar ki, 2% ucuzlaşaraq bir səhm üçün 147.05 dollara satılıb.

Son xəbərlər
Digər xəbərlər