Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-da Model S və Model X modellərinin qiymətlərini aşağı salıb. “Bloomberg” agentliyinin bildirdiyi kimi, Model S sedanının qiyməti 5% (89.9 min dollar), Model X krossoverinin qiyməti isə 9% (99.9 min dollar) ucuzlaşıb.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
Xatırladaq ki, 2023-cü il fevralın ortalarında “Tesla” ABŞ-da Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının tələbi ilə pilotsuz rejim üçün proqram təminatı ilə bağlı problemlərə görə 363 min elektrik avtomobilini geri çağırıb.
“Tesla” səhmləri fevralın sonunda 70% artıb. Bu, şirkətin rəhbəri İlon Maska yenidən dünyanın ən varlı adamı olmağa imkan verib.
2023-cü ilin yanvarında Çində “Tesla” endirimlərinə qarşı kütləvi etirazlar baş verib. 200-ə yaxın etirazçı bir neçə ay əvvəl brendin avtomobillərini 13-24% baha aldıqlarına görə özlərini aldadılmış hiss etdiklərini bildiriblər. Onlar istehsalçıdan təzminat tələb ediblər.