10 C
Baku
Wednesday, December 11, 2024

Tesla şirkəti batareya istehsalçısı olan “Maxwell Technologies”i $218 milyona alır

Yanvar ayında, Maxwell Technologies, elektrikli batareyaların yaradılması sahəsində sıçrayış haqda xəbər verib. Banker.az bu haqda Reuters-ə istinadən xəbər verir.

Tesla şirkəti $218 milyon dəyərində ultra kondensator batareyalar istehsal edən Maxwell Technologies şirkətini almaq niyyətindədir. 

Razılaşma haqqında yayılan məlumatlar, fond bazarında Maxwell Technologies  kotirovkaların bir səhmə görə $4.58 qədər artmasına gətirib çıxarıb.

Xatırladaq ki, yanvar ayında Maxwell Technologies, elektrikli batareyaların yaradılmasında sıçrayış edib. İstehsalçı iddia edir ki, yeni batareyalar daha geniş temperatur diapazonunda və iki dəfə çox işləməyə qadirdir.

Son xəbərlər
Digər xəbərlər