15 C
Baku
Thursday, September 19, 2024

“Tesla” şirkətinin satışlarında kəskin azalma

2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə Tesla şirkətinin satışları 31% azalmışdır, bu haqda “CNN Business” xəbər verir.

Ümumi olaraq yanvar-mart aylarında “Tesla” şirkəti təxminən 63 min avtomobil satıb. Bu rəqəm ötən rübün satış səviyyəsindən 31% azdır. Ümumi satış həcminə 50.900 Model 3, həmçinin 12.100 lüks “Model S” sedanları və “Model X” avtomobilləri daxildir.

“Tesla” maşınlarına tələbatın azalması şirkətin səhmlərinə də təsir edib. Belə ki, qiymətlərdə 9% azalma müşahidə olunur.

Buna baxmayaraq, şirkət 2019-cu ildə 360 mindən 400 min ədədə qədər avtomobil sata biləcəyindən əmindir.

Son xəbərlər
Digər xəbərlər