25 C
Baku
Friday, April 19, 2024

Tesla Türkiyə bazarına girmək istəyir

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ABŞ-ın elektrikli avtomobil istehsalçısı Teslanın Türkiyə bazarına girmək istədiyini və bununla bağlı işlərin davam etdiyini bildirib.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, dünyanın ən böyük texnologiya sərgisi üçün Amerikaya gedən nazir Mustafa Varank, sərgidə Toggdan sonra Tesla-nı ziyarət edib. ABŞ-a səfəri çərçivəsində həftənin əvvəlində texnologiya və innovasiyanın ürəyinin döyündüyü Silikon Vadisinə gedən Varank, Teslanın Fremont Fabrikində keçirilən görüşlərin təfərrüatlarını paylaşıb.

Varank Teslanın dünya bazarındakı mövqeyinə toxunaraq belə deyib:”Tesla avtomobil sənayesində gələcəyin avtomobil markalarından biridir. Hazırda bütün dünyada təsirini, bazarını genişləndirməyə çalışır. Çindəki ən böyük şirkətlərindən biridir. Almaniyadakı fabriki ilə Avropa bazarında təsirli olmağa çalışır, Türkiyə bazarına da girmək istəyir”.

 

Son xəbərlər
Digər xəbərlər