7 C
Baku
Thursday, January 29, 2026

“Tesla” “xAI”yə $2 milyard investisiya qoymağı planlaşdırır

“Tesla” süni intellekt sahəsində fəaliyyət göstərən “xAI” startapına 2 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bu barədə şirkətin açıqlamasına istinadən “Reuters”  məlumat verib. Hər iki şirkət milyarder İlon Maska məxsusdur.

Agentliyin yazdığına görə, bu xəbər Maskın “Tesla”nı elektromobil istehsalçısından süni intellekt yönümlü şirkətə çevirmək planını dəstəkləyir. Bu strategiya şirkətin bazar kapitallaşmasının 1,5 trilyon dollara qədər yüksəlməsində əsas amillərdən biri olub. Bununla belə, “Reuters” qeyd edir ki, investorlar üçün istehsal planlarının təsdiqlənməsi kritik əhəmiyyət daşıyır, çünki “Tesla” Mask tərəfindən verilmiş vədləri bir neçə dəfə yerinə yetirməyib.

“Reuters”in məlumatına görə, Tesla səhmləri ABŞ-da premarket ticarətində 3,5% bahalaşıb, lakin kapital xərcləri ilə bağlı detallardan sonra artım zəifləyib. Bakı vaxtı ilə saat 16:35-də artım 2,5% təşkil edib. Yanvarın 28-də ticarətin bağlanışı zamanı isə səhmlər 431,46 dollar səviyyəsində olub (+0,1%).

“Forbes Real-Time Billionaires” reytinqinə görə, İlon Mask dünyanın ən varlı insanı olaraq qalır. 29 yanvar tarixinə onun sərvəti 775,3 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər