16 C
Baku
Monday, April 15, 2024

“Tesla” zavodlarında işçiləri robotlar əvəzləyəcək

Yaxın vaxtlarda “Tesla” zavodlarının işçilərini insanabənzər “Optimus” robotları əvəz edəcək. Bu, şirkətin müəssisələrində işçi qüvvəsi çatışmazlığı problemini həll edəcək.

Qeyd olunur ki, “Optimus” robotları ilk olaraq istehsalatda ən sadə hərəkətləri yerinə yetirəcək – məsələn, müəssisələrin ərazisində ehtiyat hissələri daşıyacaq. Gələcəkdə insanabənzər robotlar öz bacarıqlarını təkmilləşdirəcəklər.

“Tesla” ilk insanabənzər robotunu 2021-ci ildə təqdim edib. Mühəndislər onun təhlükəli və ya təkrarlanan rutin fəaliyyətləri öz öhdəsinə götürəcəyini deyirlər. “Optimus” robotları videokamera və məkanda oriyentasiya sistemi ilə təchiz olunacaq.

Son xəbərlər
Digər xəbərlər