Elektrikli avtomobil istehsalçısı “Tesla”nın baş hüquqşünası 2 ay ərzində vəzifəsini tərk edəcək.
Ötən ilin dekabr ayında “Tesla”da rəhbər vəzifəyə təyin olunan Deyn Batsvinkas işdən ayrılacağı ilə bağlı şirkətin rəhbəri İlon Maska hesabat verib. Belə ki, hüquqşünas əvvəlki iş yerinə – “Williams&Connolly” hüquq şirkətinə qayıdacağını bildirib.
“Tesla”nın açıqlamalarına görə, Batsvinkası şirkətin hüquq departamentinin vitse-prezidenti Conatan Kanq əvəz edəcək.