“Tesla”nın bazar kapitallaşması 25 fevralda keçirilən ticarətin sonunda Avropada elektrikli avtomobil satışlarının əhəmiyyətli dərəcədə yavaşlaması fonunda 1 trilyon dollardan aşağı düşüb, bu barədə “Bloomberg” yazır.
“Tesla” səhmləri 8.4% ucuzlaşaraq 302.8 dollar olub. “Bloomberg” qeyd edir ki, ticarətin bağlanması zamanı şirkətin kapitallaşması 973.962 milyard dollar təşkil edib. “Bloomberg” qeyd edir ki, “Tesla” səhmləri ardıcıl dörd ticarət sessiyasında 16% dəyər itirib və şirkətin bazar dəyəri 186 milyard dollar azalıb.
Buna baxmayaraq, “Tesla”nın qurucusu İlon Mask dünyanın ən zəngin adamı olaraq qalır. Amerikalı sahibkar həm də dünyanın müxtəlif ölkələrindən 24 nəfərin daxil olduğu “Altrata”nın supermilyarderlər siyahısına daxildir.
Qeyd edək ki, 24 supermilyarderin ümumi sərvəti təxminən 3.3 trilyon dollardır ki, bu da Fransanın nominal ÜDM-sinə bərabərdir. “Altrata” vurğulayır ki, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər idi, halbuki indiki supermilyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sənayesində qazanıb.