25 C
Baku
Monday, July 7, 2025

“Tesla”nın Çindəki rəqibi $1.8 mlrd. investisiya cəlb edib

“Tesla”nın Çindəki rəqibi “Xpeng” şirkəti Honkonq birjasında IPO zamanı 1.8 milyard dollar investisiya cəlb edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNBC” məlumat verib. Bildirildiyi kimi, 7 iyul çərşənbə günü ticarət sessiyasında səhmlər 1.5% ucuzlaşaraq 165 Honkonq dolları səviyyəsinə düşüb.

Çin şirkəti biri 165 Honkonq dollara olan 85 milyon “A” sinifli adi səhm buraxıb. Ticarət sessiyası başlayanda səhmlər 1.8% bahalaşaraq 168 Honkonq dolları səviyyəsinə çatıb.

Xatırladaq ki, iyun ayında elektrikli avtomobil istehsalçısı səhmlərinin biri 180 Honkonq dollara olacağını proqnozlaşdırıb. Şirkət Honkonq birjasında təxminən 1-2 milyard dollar cəlb etməyi planlaşdırıb.

2020-ci ildə Çinin elektrikli avtomobil bazarı koronavirus pandemiyası səbəbindən böyük itki verib. Çinin avtomobil istehsalçıları Assosiasiyası ümumilikdə satışların 33.1% düşdüyünü açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər