15 C
Baku
Sunday, November 24, 2024

“Tesla”nın elektrik yük maşınlarının qiyməti bahalaşır

“Tesla” şirkəti 61 min dollar dəyərində olan “Cybertruck” elektrik yük maşınının ən ucuz versiyası üçün sifariş qəbul etməyi dayandırıb, eyni zamanda, onun 100 min dollarlıq versiyasını bu ay dərhal sifariş və çatdırılma üçün hazır edib.

“Cybertruck”a tələb və təklif “Tesla”nın investorları və pərəstişkarları tərəfindən yaxından izlənilir, çünki İlon Mask yük maşınının inkişafına böyük maliyyə resursları sərf edib və ildə 200 min ədəd istehsal etməyi planlaşdırır.

Mask oktyabr ayında “Tesla”nın yük maşını üçün 1 milyon rezervasiya etdiyini bildirib. Bəzi müştərilər daha ucuz versiyaları gözlədiklərini deyiblər, çünki qiymətlər daha yüksəkdir və sürüş məsafəsi ilkin proqnozdan aşağıdır.

“Cybertruck” iyul ayında təxminən 4 800 ədəd satılıb və bu, ən yaxşı göstərici sayılır. “Cox Automotiv” firmasına görə, “Tesla”nın bu maşını ABŞ-da 100 min dollardan baha qiymətə ən çox satılan avtomobildir. Amma satışların yaxın aylarda da belə yüksək olacağı ehtimalı azdır.

“Blade Runner” filmindən ilhamlanaraq qeyri-ənənəvi trapezli eksteryer dizaynına və paslanmayan polad korpusa malik olan “Cybertruck”ın tədarükləri illərlə davam edən gecikmə və çətin istehsal sürətindən sonra 2023-cü ilin noyabrında başlandı. Mask 2019-cu ildə yük maşınının 40 min dollara başa gələcəyini və bir şarjla 500 mil və ya daha çox məsafə qət edə biləcəyini təxmin etmişdi. Bu maşınların ən son modeli olan 120 min dollarlıq üçmotorlu “Foundation Cyberbeast” isə oktyabr ayından etibarən satışa çıxarıla bilər.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər