11 C
Baku
Saturday, November 16, 2024

“Tesla”nın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb

Bu günə qədər “Tesla” şirkəti 3 milyon ədəddən çox avtomobil istehsal edib.

Bu barədə şirkətin rəhbəri Elon Mask özünün sosial şəbəkə hesabında yazıb.

E.Maskın sözlərinə görə, onun 1 milyonu Şanxaydakı zavodun payına düşür.

O həmçinin Şanxaydakı zavodda istehsal edilən 1 milyonuncu avtomobillə də bağlı paylaşım edib.

E.Mask hesab edir ki, istehsalın tələbdən çox olması bazarda problemlər yaradır.

Qeyd edək ki, Şanxaydakı zavod 2019-cu ildə yaradılıb və pandemiya və bir sıra başqa məhdudiyyətlərə baxmayaraq 3 ildə 1 milyon avtomobil istehsalını həyata keçirib.

Bütün bunlara baxmayaraq şirkət hələ də ənənəvi avtomobil istehsalçılarından geri qalır. Belə ki, 2021-ci ildə “Toyota” 10 milyon, “Volkswagen” isə 9 milyon avtomobil istehsalı ilə lider olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər