13 C
Baku
Saturday, November 23, 2024

“Tesla”nın kapital qoyuluşları bu il $10 milyardı ötəcək

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın kapital qoyuluşları 2024-cü ildə 10 milyard dolları ötəcək.

Bu barədə şirkətin illik hesabatında deyilir.

Bildirilib ki, 2023-cü ildə bu rəqəm bir il əvvəlki 7/16 milyard dollarla müqayisədə 8.9 milyard dollara yüksəlib.

“Biz eyni zamanda, yeni məhsulların istehsalını artırırıq, üç qitədə istehsal müəssisələri tikirik və ya genişləndiririk, akkumulyatorlar üçün yeni texnologiyaları inkişaf etdiririk, doldurma stansiyaları şəbəkəsini genişləndiririk”, – deyə sənəddə qeyd edilir.

Şirkət satışların artımı ilə dəstəklənən sərbəst pul axını hesabına sərmayələri maliyyələşdirə biləcəyini güman edir.

Keçən həftə şirkət 2023-cü ilin dördüncü rübünə dair hesabatı dərc edib və xəbərdarlıq edib ki, yeni ildə gəlirinin artım templəri yavaşlayacaq.

Bazar ertəsindəki hərracda “Tesla” səhmləri 2.7 faiz bahalaşıb. Son 12 ayda onların dəyəri 12.9 faiz artıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər