8 C
Baku
Monday, December 23, 2024

“Tesla”nın kapitallaşması $150 mlrd. artıb

Dünən, oktyabrın 24-də “Tesla”nın səhmləri 22% bahalaşıb – bu, 2013-cü ildən bəri on ildən artıq müddətdə şirkətin səhmlərində ən güclü bir günlük artımdır. Beləliklə, korporasiyanın ümumi kapitallaşması bir gündə təxminən 150 milyard dollar artaraq 836 milyard dollara çatıb.

“Tesla” güclü rüblük nəticələr açıqladıqdan sonra səhmləri kəskin bahalaşıb. Üçüncü rübdə gəlir 8% artaraq 25.2 milyard dollara, xalis mənfəət isə 17% artaraq 2.2 milyard dollara çatıb. Bundan əlavə, investorlar “Tesla”nın baş direktoru İlon Maskın 2025-ci ildə şirkətin satışlarının 20-30% artacağı ilə bağlı açıqlamasına müsbət reaksiya veriblər.

Son xəbərlər
Digər xəbərlər