36 C
Baku
Tuesday, August 16, 2022

“Tesla”nın kapitallaşması ilk dəfədir 500 milyard dolları keçdi

Elektrikli avtomobil istehsalçısı “Tesla”nın kapitallaşması 500 milyard dolları keçib. Son məlumatlara görə, dünən Bakı vaxtı ilə saat 20:00-də şirkətin bazar dəyəri 515 milyard dolları ötüb və böyüməyə davam edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, “Tesla” səhmləri təxminən 5% bahalaşıb və hal-hazırda bir səhmin qiyməti 545,5 dollar təşkil edir.

“S&P Global” şirkətinin daha əvvəl verdiyi məlumata görə, 21 dekabr tarixinə qədər “Tesla” ABŞ-ın 500 ən böyük şirkətləri, S&P 500 indeksinə daxil ediləcək. Xatırladaq ki, son günlərdə baş direktor İlon Maskın sərvəti 4,3 milyard dollar artıb. O, hələ keçən il şirkətinin yarım trilyon dollar dəyərinə çatacağını proqnozlaşdırmışdı.

“Tesla” – dünyanın ən bahalı avtomobil istehsalçısıdır. 1 iyulda o, hətta “Toyota”nı geridə qoyub. Həmin dövrdə “Tesla”nın kapitallaşması 207 milyard dollar təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər