Cümə axşamı, dekabrın 23-də “Tesla”nın bazar dəyəri 1 trilyon dolları keçərək 1.07 trilyon dollara çatıb.
Banker.az xəbər verir ki, bu, Maskın şirkətdəki payının 10%-ni satmaq vədini yerinə yetirmək üçün kifayət qədər səhm satdığını elan etdikdən sonra baş verib.
Milyarderin sahib olduğu qiymətli kağızları satmağa başlamasının əsas səbəblərindən biri yüksək vergilərin ödənilməsi zərurətidir. İş adamı 2021-ci ildə 11 milyard dollardan çox vergi ödəməli olduğunu söyləyib.
“Forbes Real-Time” jurnalına görə, İlon Mask dünyanın ən varlı adamıdır. Onun sərvəti 272.4 milyard dollardır.