10 C
Baku
Thursday, November 14, 2024

“Tesla”nın rəqibi “Lucid Motors” birjaya çıxandan sonra $4.5 mlrd. cəlb edib

“Tesla”nın rəqibi “Lucid Motors” şirkəti birjaya çıxdıqdan sonra 4.5 milyard dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, IPO ərəfəsində avtomobil istehsalçısı təxminən 24 milyard dollar dəyərində qiymətləndirilib.

“Lucid” adi səhmlərlə “Nasdaq” birjasında “LCID” tikeri altında biri 26.79 dollara ticarət etməyə başlayıb. Bununla yanaşı, “Lucid” 23 iyul 2021-ci ildə SPAC-şirkət olan “Churchill Capital Corp” ilə birləşib.

2021-ci ilin fevralından birləşmədən sonra onun kapitallaşması 24 milyard dollara çatıb. “Lucid” ilk elektrikli avtomobilini 2020-ci ildə təqdim edib. Bu, premium seqmentli sedan olub. Onun qiyməti 69.9 min dollardan 161.5 min dollar arasında dəyişib.

“Lucid”in baş direktoru Piter Roulinsonun sözlərinə görə, “Lucid Air” – “Tesla”ya güvənən, lakın “Model S” naminə premiumdan imtina etmək istəməyənlər üçündür.

Birjaya çıxandan sonra şirkət avtomobil tədarükünün 2021-ci ilin ikinci yarısında başlayacağını açıqlayıb. “Lucid Air” modeli bir şarjla 800 km məsafə qət edir, müqayisə üçün “Tesla Model S”in maksimum gedişi 663 km-dir.

2018-ci ildə startap Səudiyyə Ərəbistanının Milli Fondundan 1 milyard dollar cəlb edib. “Crunchbase”in məlumatına görə, şirkət yarandığı 2007-ci ildən bəri 1.3 milyard dollar investisiya toplayıb.

Son xəbərlər
Digər xəbərlər