8 C
Baku
Sunday, November 17, 2024

“Tesla”nın rüblük gəliri rekord 3.3 mlrd. dollara çatıb

2022-ci ilin birinci rübündə “Tesla” şirkətinin gəliri rekord 3.3 milyard dollara çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, elektromobil istehsalçısı 305 407 avtomobil istehsal edib, onlardan 295 324 ədədi “Model 3” və “Model Y” təşkil edib.

“Model 3”ün qiyməti 46 990 dollardan başlayır ki, bu da üç il əvvəl ilə müqayisədə 34% çoxdur. Şirkətin sahibi artan xərclər və güclü tələb fonunda qiymətləri artırmağa məcbur olduğunu söyləyib.

Milyarder hesab edir ki, “Tesla” bu il 1.5 milyon avtomobil istehsal edə bilər. O, avtomobil sahiblərini avtonom sürücülük proqramına qoşulmağa çağırıb və qeyd edib ki, avtomobil istehsalçısı özünün avtonom idarəetmə sistemlərini inkişaf etdirmək üçün iki addım irəli və bir addım geri gedir.

Son xəbərlər
Digər xəbərlər