22 C
Baku
Saturday, June 7, 2025

“Tesla”nın səhmləri kəskin ucuzlaşıb

“Tesla”nın səhmləri şirkətin baş direktoru İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında ictimai mübahisənin kəskinləşməsi fonunda 8,99% ucuzlaşıb.

Bunu birja məlumatları sübut edir.

“Wall Street”də ticarətin açılışında “Tesla”nın səhmləri 323,87 dollar olub. Son məlumatlara görə isə səhmlərin dəyəri artıq təxminən 302 dollara düşüb.

Qeyd edək ki, İlon Mask dünyanın ən varlı adamları siyahısında birinci yeri tutmaqda davam edir, lakin onun sərvəti 33,9 milyard dollar azalaraq 334,5 milyard dollara çatıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər