13 yanvarda “Tesla”nın səhmləri 5% artıb və ilk dəfə olaraq 500 dollara çatıb.
Şirkətin səhmlərində artım onun çin bazarına çıxması ilə əlaqəlidir. Tesla 2019-cu ilin sonunda Model 3 sedanını Çində nümayiş etdirib və yeni zavodunda həftədə 1 mindən çox avtomobil olmaqla istehsalı artırıb.
Tesla, iri çin banklarından 5 il müddətinə ödəmə şərtilə 1,4 mlrd. dollar həcmində kredit götürüb. Pullar amerikan şirkətinin Şanxaydakı zavodunun inkişafına xərclənəcək.
©Bizplus.az