“Tesla”nın satışlarında azalma müşahidə olunub. Buna əsas səbəblər kimi rüblük tədarükün azalması, vergi güzəştlərinin olmaması və artan rəqabətin tələbatı zəiflətməsi göstərilir.
Analitiklər şirkətin satışlarının 2026-cı ildə bərpa olunacağını proqnozlaşdırırlar. Gözləntilərə görə, əvvəlki baza modellərindən təxminən 5000 dollar ucuz olan “Standard” versiyalar, xüsusilə Çin elektromobillərinin sürətlə populyarlıq qazandığı Avropa və Asiya bazarlarında “Tesla”nın mövqeyini qorumasına kömək edəcək.
Şirkət 2025-ci ilin son rübü və illik istehsal-çatdırılma göstəricilərini yaxın günlərdə açıqlayacaq. Satışlardakı geriləməyə baxmayaraq, “Tesla” səhmləri bu il 14%-dən çox artıb və bu da Elon Musk-ın sərvətində artıma səbəb olub.
İnvestorların marağı isə əsasən Maskın robot texnologiyalarına, o cümlədən humanoid robotlar və özünüidarəetmə sistemlərinin inkişafına yönəlik planlarına əsaslanır. Bununla yanaşı, “Tesla”nın gəlirlərinin böyük hissəsi hələ də elektrik avtomobillərinin satışından formalaşır.







