17 C
Baku
Saturday, April 26, 2025

“Tesla”nın xalis mənfəəti birinci rübdə 71% azalıb

2025-ci ilin birinci rübünün nəticələrinə görə, Amerikanın elektromobil istehsalçısı “Tesla”nın xalis mənfəəti 409 milyon dollar təşkil edib. Hesabata görə, bu, illik ifadədə 71% azdır. Şirkətin gəliri 9% azalaraq 19,34 milyard dollar, avtomobil satışından əldə edilən gəlir isə 20% azalaraq 14 milyard dollar olub.

“Tesla” bu azalmanı Şanxay, Berlin, Fremont (Kaliforniya, ABŞ) və Ostində (Texas, ABŞ) fabriklərdə istehsal xətlərinin modernləşdirilməsi işi ilə izah edib. Şirkətin göstərdiyi digər səbəb satışları stimullaşdırmaq məqsədi daşıyan elektrik avtomobillərinin orta qiymətinin aşağı salınması olub.

CNBC qeyd edir ki, “Tesla” səhmləri 2025-ci ilin əvvəlindən bəri 41% ucuzlaşıb və son üç ildə ən pis rüblük eniş yolundadır. Mənfəətin aşağı düşməsi fonunda şirkətin baş direktoru İlon Mask may ayından etibarən Hökumətin Effektivliyi Departamentinə (DOGE) daha az vaxt sərf etməyə başlayacağını və bütün diqqətini “Tesla”ya yönəldəcəyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər