5 C
Baku
Monday, December 23, 2024

“Tesla”nın xalis mənfəəti 17% artıb

“Tesla”nın gəliri üçüncü rübdə 8% artaraq 25.2 milyard dollar təşkil edib, xalis mənfəət 17% artaraq 2.2 milyard dollara çatıb. Bildirilir ki, bu nəticələr analitiklərin gözləntilərini üstələyib.

Bundan əvvəl “Tesla” ilin əvvəlindən satılan elektrik avtomobillərinin sayının 6.4% artaraq 462.9 minə çatması barədə məlumatları dərc edilib. Bundan əlavə, üçüncü rübdə şirkət digər avtomobil istehsalçılarına karbon kvotalarının satışından yaxşı pul qazanıb – bu sahədən gəlir 33% artaraq 890 milyon dollara çatıb.

Eyni zamanda, ilk üç rübdə şirkətə elektriklə işləyən avtomobillərin tədarükü 6% azalıb. “Tesla”nın baş direktoru İlon Mask, 2025-ci ildə tədarükün 20-30% artacağını proqnozlaşdırır. O, həmçinin şirkətin təxminən 25 min dollar dəyərində aşağı qiymətli avtomobil modelinin buraxılmasından imtina etmək qərarına gəldiyi barədə məlumatı təsdiqləyib.

İki həftə əvvəl şirkət öz robotaksini təqdim edib. Lakin yeni modelin təqdimatı investorları məyus edib.

Son xəbərlər
Digər xəbərlər