Elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin ikinci rübündə 1.14 milyard dollar və ya hər səhm üçün 1.02 dollar xalis mənfəət əldə edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu, şirkətin xalis gəlirinin 1 milyard dolları keçdiyi ilk haldır.
Hesabat dövründə “Tesla”nın mənfəəti 2020-ci ilin ikinci rübü (104 milyon dollar və ya hər səhm üçün 0.10 dollar) ilə müqayisədə on qat artıb. Bildirildiyi kimi, elektromobil istehsalçısının ümumi gəliri 98% artaraq 11.96 milyard dollara çatıb, bu barədə “CNBC” məlumat yayıb.
İyun ayında “Tesla” ən sürətli elektromobilini təqdim edib. “Model S” avtomobilinin yeni versiyası “Plaid” adını daşıyır. O, iki saniyədə demək olar ki, 100 km/s sürət yığa bilir, avtomobilin maksimum sürəti isə 320 km/s təşkil edir.