12 C
Baku
Sunday, November 17, 2024

“Tesla”nın yeni modeli 7 nəfərlik olacaq

Tesla Model Y Krossoveri yaxın vaxtlarda yeddi yerlik salonla istehsal olunacaq.

Bu barədə Tesla-nın rəhbəri Elon Musk özünün Tvitter  hesabında məlumat verib. O bildirib ki, yeddi yerlik Tesla Model Y krossoveri bu ilin oktyabr ayında təqdim edilə bilər.

 

Tesla hələlik Model Y krossoverinin yeddinəfərlik salonunun şəkillərini dərc etmədiyinə görə, üçüncü cərgədəki oturacaqların düzülüşü sirr olaraq qalır.

 

Qeyd edək ki, elektromobilin salonunda o qədər də geniş məkan mövcud deyil. Mütəxəssislərin fikrincə, hərəkətin əksi istiqamətində yerləşdirilmiş oturacaqlardan istifadə olunacaq.

Mənbəted.az
Son xəbərlər
Digər xəbərlər