“Tesla”nın yaxın vaxtlarda satışa çıxarılacaq olan “Cybertruck”ın sınaq versiyası keçdiyimiz günlərdə Kaliforniyada magistral yolda göründü və bu sınaq zamanı gözlənilməz hadisə baş verdi.
“Cybertruck”ın təkər qapaqlarından biri San-Fransisko yaxınlığında maşın sürülən zaman qoparaq havaya uçub.
“YouTube”da yayımlanan video müşahidə kamerası hadisəni qeyd edərkən elektrikli “Cybertruck”ın ikinci zolaqda olduğunu göstərir. Videoda təkər qapağının havaya uçması və dördüncü zolağa enməzdən əvvəl bir qədər məsafə qət etməsi görünür.
Hadisə həm avtomobilin özü, həm də təkər dizaynı ilə bağlı bir sıra narahatlıqlar yaradır. Təkər qapağının zəif quraşdırılıb və ya yüksək sürətli hava axınlarını idarə edə bilməməsi aydın deyil.