27 C
Baku
Saturday, July 27, 2024

“Tesla”ya rəqib olan “Xpeng” şirkəti 500 mln. dollar investisiya cəlb edib

Çinə məxsus olan və elektrikli avtomobil istehsalı üzrə ixtisaslaşan “Xpeng” şirkəti 500 milyon dollar investisiya cəlb edib. Bildirildiyi kimi, avtomobil istehsalçısının əsas investorları sırasına Honkonqun “Aspex” şirkəti, Amerikanın “Coatue” “hedge” fondu, Çinin “Hillhouse Capital” investisiya fondu və digərləri daxildir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət cəlb etdiyi vəsaiti gələcək inkişafına sərmayə qoymağı planlaşdırır. CNBC qeyd edir ki, 2020-ci ilin iyul ayında “Xpeng” Model 3 avtomoiblinə rəqib sayılan P7 sedanının tədarükünə başlayıb.

Xatırladaq ki, koronavirus pandemiyası Çinin elektrikli nəqliyyat vasitələrinin istehsalçılarına güclü zərbə endirib: iyun ayında satışlar illik müqayisədə 33,1% azalıb. Bununla əlaqədar olaraq, yerli hakimiyyət şirkətlərə subsidiyaların və vergi güzəştlərinin 2022-ci ilə qədər uzadılacağına söz verib.

Daha əvvəl vurğuladığımız kimi, “Xpeng” şirkəti “Tesla”nın əsas rəqiblərindən biri sayılır. 2019-cu ilin mart ayında iki şirkət arasında texnologiyanın oğurlanması ilə bağlı qalmaqal yaşanıb. İddiaya görə, “Tesla”nın keçmiş mühəndislərindən biri olan Çao Quanji, avtopilot texnologiyasını oğurlayıb onu “Xpeng” şirkətində tətbiq etmişdir. Məsələ ilə bağlı istintaq işinə başlansa da, pandemiyaya görə təxirə salınıb.

Hal-hazırda “Xpeng” və “Xiaomi” şirkətləri smartfonun avtomobil ilə birləşdirilməsi texnologiyası üzərində işləyirlər.

Son xəbərlər
Digər xəbərlər