24 C
Baku
Thursday, June 5, 2025

“Tether” real qızılla dəstəklənən “XAUt0” tokenini işə salıb

TON blokçeyni kriptovalyutalar dünyasında sıçrayış edib – o, XAUt0 steyblkoinini işə salan ilk platforma olub. XAUt0 – “Tether”in yeni tokenidir, hansı ki İsveçrə banklarında saxlanılan fiziki qızılla dəstəklənir.

“CoinGecko”ya görə, XAUt0 bazar dəyərinə görə qızılla dəstəklənən ən böyük steyblkoindir. Onun bazar dəyəri 828 milyon dollardır. XAUt0-ın ən yaxın rəqibi olan PAXG-in bazar dəyəri təxminən 808 milyon dollardır.

Qeyd edək ki, XAUt0 steyblkoinin yaradılması “Tether” və “TON Foundation” arasında sıx əməkdaşlığın nəticəsidir.

Təşəbbüs istifadəçilərə investisiyalarını idarə etməkdə daha çox çeviklik əldə etməyə, müxtəlif blokçeyn şəbəkələrində rəqəmsal qızıl aktivlərinin qarşılıqlı fəaliyyət qabiliyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər