14 C
Baku
Tuesday, April 1, 2025

“Tether”in CEO-su “JPMorgan”ın şirkətin ehtiyatlarına dair tənqidini rədd edib

“Tether”in baş direktoru Paolo Ardoino bildirib ki, “JPMorgan” analitikləri öz analizlərində şirkətin 20 milyard dollarlıq kapitalını “görməzliyə vurur” və onun tənzimləmələrə uyğunlaşma qabiliyyətini lazımi səviyyədə qiymətləndirmirlər.

Daha əvvəl bank hesab edib ki, USDT ehtiyatlarının yalnız 66-83%-i ABŞ-də müzakirə edilən steyblkoin tənzimləmə qanun layihələrinin tələblərinə cavab verir – STABLE Act və GENIUS Act. “JPMorgan” analitikləri yeni tələblərə əməl etmək üçün şirkətin bitkoin də daxil olmaqla bəzi aktivlərini satmalı ola biləcəyi fikri irəli sürüblər.

“Ən ekstremal ssenaridə belə kapitalımız likvid aktivlərdə 20 milyard dolları, ABŞ dövlət istiqrazlarına investisiyalardan əldə etdiyimiz rüblük gəlirimiz 1.2 milyard dolları ötür”, – deyə Adroino söyləyib.

Qeyd edək ki, Tether hazırda 83 758 BTC (təxminən 8 milyard dollar) ehtiyata malikdir və şirkət mənfəətinin 15%-ə qədərini onların alışına xərcləyir.

Son xəbərlər
Digər xəbərlər