Texasda ötən həftə şaxtalı havalarla bağlı elektrik təchizatındakı fasilələr üzündən dayandırılmış neft hasilatının 80 faizi artıq bərpa edilib.
“Angi” xəbər verir ki, “Oil X” analitik mərkəzinin məlumatına əsasən ABŞ-ın ən böyük neft yatağı Permian hövzəsində hazırda gündəlik hasilat 2,9 milyon bareldir. Adi vaxtlarda 3,5 milyon barel ol hasilat ötən həftə əlverişsiz havalar üzündən 600-700 min barelədək geriləmişdi. Bütövlükdə isə ölkə boyu anımal soyuqlar ucbatından neft hasilatı 3,5 milyon barelədək, o cümlədən Permian hövzəsində 65 faiz azalmışdı.
Qeyd edək ki, Texasda neft hasilatının, emal və nəqlinin xeyli azalması dünya bazarında neftin bahalaşmasında, o cümlədən “Brent” markalı neftin 67 dollaradək yüksəlməsində mühüm rol oynayıb.