7 C
Baku
Thursday, December 12, 2024

“Texnikabank“ AİF-in agent bankları sırasından çıxarılıb

“Texnikabank” ASC Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları sırasından çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

Xəbər verildiyi kimi, fevralın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) “Texnikabank” ASC-nin bank lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln. manat – İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsinə görə qəbul edilib.1427635710_49211

“Beləliklə, agent bankların sayı 27-dək azalıb”, – deyə fonddan qeyd ediblər.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

 

İnterfaks-Azərbaycandan

Son xəbərlər
Digər xəbərlər