24 C
Baku
Sunday, July 13, 2025

“Texnikabank”ın əmanətçilərinə 20 milyon manatdan artıq kompensasiya ödənilib

“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam edir.

Fonddan  verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 20 milyon manatdan  artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən  başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

APA

Son xəbərlər
Digər xəbərlər