9 C
Baku
Thursday, December 25, 2025

“Texnikabank”ın əmanətçilərinə 117 milyon 585 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən seçilmiş agent banklar vasitəsilə “Texnikabank” ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 117 milyon 585 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan bildiriblər ki, “Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank”, “Rabitə Bank”, “Unibank” və “Kapitalbank” seçilib.
Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Qeyd edək ki, “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən etibarən agent bankların filiallarında başlanılıb.

AZERTAG

Son xəbərlər
Digər xəbərlər