Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə Texnikabank ASC müflis elan edilib və iflas proseduru başlanılıb. Banker.az-a Texnikabankdan veril’n məlumatda bu deyilir.
“M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilmişdir. Qərar dərhal icraya yönəldilib.
Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən bildiririk:
– bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
– banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
– bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
– qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
– bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
– Bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.
Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Banka tələbləri olan kreditorlara bildirilir ki, tələblərinin qeydiyyata alınması üçün 15 aprel 2016-ci il tarixinədək, ləğvedici şirkət “M.M.M. Perfekt Konsaltinq” MMC-ə (Xətai ray., Babək pr. 16) müraciət edə bilərlər.
Ləğvedicisi “M.M.M. Perfekt Konsaltinq” MMC.