10 C
Baku
Wednesday, December 11, 2024

“Texnikabank”ın qorunan əmanətçilərinə 108 mln. manata yaxın kompensasiya ödənilib

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 107 mln. 938 min manatdan artıq kompensasiya ödənilib.

Bu barədə agentliyə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

Xatırladaq ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

APA

Son xəbərlər
Digər xəbərlər