13 C
Baku
Saturday, November 23, 2024

Texniki analiz və Foreks bazarı

Müəllif: Müstəqil treyder Əfşar Əsgərov

Ed Ponsi: FXEducator.com saytının təsisçisi

Nə üçün keçmiş səhm və fyüçers ticarətçilərinin çoxu valyuta bazarlarını seçirlər? Onların əksəriyyəti aşkar edir ki, foreks bazarında texniki analiz son dərəcədə yaxşı işləməkdədir. Nə üçün texniki analiz foreksdə belə yaxşı işə yarayır? Texniki analiz sadəcə keçmiş qiymət hərəkətləri analiz edilərək gələcək qiymət hərəkətlərini öncədən görməyə kömək edir. Bir çox hallarda texniki analizdən istifadə edən treyder sadəcə keçmiş yaranmaların təkrarına baxır. Bu bölümdə treyderlərə valyuta bazarlarında bu texnikaların necə effektiv işlədiyi barədə məlumat verilir.

Texniki analiz arxasında nəzəriyyə

Ümumi olaraq valyuta bazarında uzunmüddətli hərəkətlər iqtisadi tsikillər ilə qarşılıqlı münasibətdədir. Bu iqtisadi tsikillər özlərini təkrar etməyə meyillidirlər və onları öncədən görə bilmək (proqnozlaşdırmaq) mümkündür. Burada təkrar açar rolunu oynayır. Texniki analizdə tarixi qiymət hərəkətlərindən istifadə edilməklə gələcək qiymət hərəkətləri proqnozlaşdırılır.

Səhm bazarında, xüsusi bir şirkətin əsas prinsipləri qısa zaman kəsiyində əsaslı sürətdə (radikal) dəyişə bilər. Burada keçmiş səhm qiymətləri gələcək qiymət hərəkətlərini öncədən görmək üçün uyğun gəlməyə bilər. Şirkətin və ya individual səhmin həyatında iqtisadi dövrələr öncədən görülən deyildir. Nəticə olaraq, səhm bazarında texniki analiz təsadüfi mühakimə olur. Foreks bazarında biz bütün ölkələrin iqtisadiyyatları ilə ticarət aparırıq. Bu ölkələrin əsas prinsipləri yavaş-yavaş dəyişir və iqtisadi tsikillərin “boom bust” təbiəti daha asan proqnozlaşdırmağa imkan verir.

Qeyd: boom-bust cycle – Öncə iqtisadiyyat genişlənir. Daha sonra iqtisadiyyatda baş verən daralmalar bu iqtisadiyyata çox şiddətli dərəcədə təsir göstərir.

Statistik tədqiqat

Beş nəfərin, ya 5000 nəfərin tədqiqini daha dəqiq hesab edirsiniz? Tədqiqat ədalətli və qərəzsiz şəkildə gerçəkləşərsə daha dəqiq informasiya nümunələri ilə nəticələnəcəkdir.

Daha böyük və likivid bazar olan foreks bazarı texniki analitikllərə qrafik daha çox informasiya verməkdədir. Burada səhm və ya fyüçers bazarlarına nisbətən daha çox ticarətlər aparılır və dövriyyədə daha çox pul olur. Texniki analizdə statistik nümunələr valyuta treyderlərinə daha çox məlumat verə bilir.

Nümunə üçün, təsəvvür edin ki, hər hansı bir şirkətin səhmlərinin gün ərzində 20 000 hissəsi (yəni müəyyən bir səhmdən 20 000 ədəd) alqı-satqı olunur. Əgər treyder bazara bu səhmlərdən 10000-ni almaq üçün order yerləşdirərsə, sizcə bu halda bazarda nə baş verər? Bu alış orderinin həmin səhmin bazarda gündəlik alqı-satqı həcminin 50%-nə bərabər olması səbəbindən, qiymət görünməmiş sürətlə yuxarı yüksələcək, belə ki, bazardakı əlimizdə olan təkliflərin yarısı tükənəcək. Aydın şəkildə desək isə bir treyder təkbaşına həmin səhmin bazarını hərəkət etdirmiş oldu.

Bu ssenari səhm bazarlarında ümumi olduğu halda, valyuta bazarlarına aid deyildir. Foreks bazarının açıq-aşkar həcmi bu kimi halları qeyri-mümkün edir. Faktiki olaraq bir çox hallar olmuşdur ki, dövlətlər və mərkəzi banklar öz təsirlərini göstərməyə cəhd etmişlər, ancaq onlar valyuta kursları tərəfindən məğlub edilmişdir.

Bilinməyənə qarşı qorxu

Bilinməyənə qarşı qorxunun olması təbiidir və bu insan davranışı üçün də təbii haldır. Xatırlayıram ki, səhm ticarətindən ayrılıb foreks ilə ticarət aparmağa qərar verəndə beynimdə bir çox narahat fikirlər var idi. Görəsən qrafiklər burada işə yarayırmı? Cari ticarət üslubumdan imtina etməliyəmmi? Yeni ticarət metodlarını öyrənməliyəmmi?

Bu narahatlıqlar foreksin üstünlüklərini sınamaq istəyənlər treyderlər üçün ortaqdır, amma görünür onlar öz “rahatlıq zonalarını” tərk etməyə yetərincə həvəsli deyillər.

Ticarət modelləri və texniki indikatorlar

Səhm və Fyüçers bazarlarında texniki analiz haqqında öyrənilmiş hər şey foreks bazarında da tətbiq edilə bilər. Head and Shoulders (baş və çiyinlər), Double tops and Bouble bottoms (ikiqat təpələr və ikiqat diblər), Symmetrical and Asymmetrical triangles (simmetrik və asimmetrik üçbucaqlar) kimi modellər foreks qrafiklərində də oxşardır.

Foreks treyderlərini istifadə etdikləri Moving average (dəyişən orta göstərici), Bollinger bands (Bollincer lentləri), MACD (Moving average convergence/divergence) və s. bu kimi indikatorlar səhm və fyüçers treyderlərin istifadə etdikləri eyni indikatorlardır. Burada breakouts (kəsilmələr) və pullbacks (geri dönmələr), retracements (qayıdışlar) və consolidation (konsolidasiyalar), ranges (diapazonlar) və trendlər vardır. Misal üçün, Fiqur 2.1 – də texniki analizdə istifadə edilən double top (ikiqat təpə) modeli göstərilmişdir.

Fiqur 2.1 EUR/USD cütlüyündə ikiqat təpə formasiyası

Səhm və əmtəə ticarətçiləri oxşar patternləri valyuta bazarında da görə bilərlər. Misal üçün fiqur 2.2-də usd/jpy valyuta cütlüyündə 3 il ərzində formalaşan head and shoulders modeli göstərilmişdir.

Fiqur 2.2 usd/jpy cütlüyündə baş və çiyinlər

Səhm və fyüçers treyderləri kimi foreks treyderləri də ən yaxşı giriş və stop orderləri üçün support və resistance səviyyələrini müəyyənləşdirir. Fiqur 2.3-də usd/cad cütlüyünün 1.2000 səviyyəsi dəfələrlə support zonası rolunu oynamışdır.

Fiqur 2.3 usd/cad cütlüyü 1.2000 səviyyəsidə dəstək(support) kimi

Trend xətləri və kanalları həmçinin foreks bazarında populyardır. Misal üçün usd/chf valyuta cütlüyünün günlük qrafikində biz iki fərqli və ayrılmış kanal görürük (Fiqur 2.4). Qeyd edək ki, bunlardan biri uptrend (yuxarı trend) biri isə dovntrendir (aşağı trend).

Fiqur 2.4 usd/chf cütlüyündə iki fərqli kanal formalaşması

Bazar arxasında psixologiya

Texniki analizin ən böyük üstünlüklərindən biri bazar iştirakçılarının fikirlərini qavramağa kömək etməsidir. Nə vaxt ki, qrafikdə formasiya görürük bilməliyik ki, bu bazar arxasındakı psixologiyanın vizual təzahürüdür. Bunun səbəbi odur ki, iştirakçıların fikirləri dəyişə bilər, amma insan təbiəti dəyişməz qalır. Eyni insan psixologiyası səhm və fyüçers qrafiklərində (həmçinin foreks bazarında işləyən) texniki modellər yaradır.

Misal üçün, səhm treyderi effektiv cup-and-handle (fincan və qulp) formasiyasını foreks bazarında tapa bilərlər. Fiqur 2.5-də AUD/USD valyuta cütlüyündə cup-and-handle modelini və onun kəsilməsini görürük.

Fiqur 2.5 AUD/USD – də cup-and-handle formasiyası

Trendlər

Valyuta cütlükləri güclü formalı və inadcıl trend tendensiyalarına malikdir. Foreks bazarı bu trendlərlə məşhurdur və bu bazar trend-izləyən treyderlərin diqqətini cəlb edir.

Misal üçün 3 ildən çox zaman ərzində avro ABŞ dolları qarşısında ardıcıl sürətdə yüksəlirdi. ABŞ-ın iqtisadi zəifliyi dövründə bu uptrend baş vermişdi (Fiqur 2.6)

Fiqur 4.6 EUR/USD cütlüyündə uzunmüddətli yuxarı trend (long term uptrend)

Düzgün qayda

Cütlükdə trendi müəyyən edilməsinin yollarından biri moving average-lərdən istifadə edilməsidir və bu moving average-lərə “düzgün qayda” kimi istinad edilir (burada 10,20,50 və 200 periodluq simple moving average-dən (SMA) istifadə edilir). Uptrend üçün qayda :

10 >20 >50 >200

Downtrend üçün qayda :

200 >50 >20 >10

EUR/USD cütlüyünün günlük qrafikində uptrend (Fiqur 4.7)

Fiqur 4.7 EUR/USD –də uptrend üçün düzgün qayda

Son xəbərlər
Digər xəbərlər