13 C
Baku
Saturday, November 23, 2024

Texniki baxış zamanı ödəniləcək utilizasiya haqqının məbləği açıqlandı

Hər dövlət texniki baxışı zamanı ödəniləcək utilizasiya haqqının məbləği açıqlanıb.

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiqləyib.

Qərarla “Yol hərəkəti haqqında” qanunun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda – 10 manat, 10 ildən 20 ilədək olduqda – 20 manat, 20 ildən 30 ilədək olduqda – 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.

Qərar sabahdan qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər