Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert
Vəzifənin təsviri
Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert bankın kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostika fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir.
Əsas vəzifə və öhdəliklər
o Kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
o İT infrastrukturunun qurulması, kompyuter və ofis texnikasının sazlanması
o Helpdesk proqramı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Bankın istifadəçilərinin texniki dəstəklənməsi
Seçim meyarları
o Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
o Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı
o Windows XP, 7, 10 (Server 2012, 2016 arzu olunandır), Microsoft Office 2010, 2013, 2016 proqramları ilə dərindən işləmək bacarığı
o Yaradıcı və analitik düşüncə tərzi
İş şərtləri
o İş yeri: Əməliyyat Mərkəzi
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform
CV formamızı doldura və ya CV-ləri subject bölməsində Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.