21 C
Baku
Thursday, April 25, 2024

Texniki Dəstək şöbəsinə Sistem Administratoru mütəxəssis – Ziraat Bank Azərbaycan

“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə

Sistem Administratoru mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir

 

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;
  • MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Terminal Server, Mail üzrə işləmək bacarığı;
  • Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;
  • Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;
  • Antivirus sistemləri ilə işləmək bacarığı;
  • İnformasiya təhlükəsizliyi üzrə biliklər;
  • Şəbəkə texnologiyaları üzrə biliklər;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Müvafiq sahə üzrə 3 il təcrübə.

Əsas vəzifələr:

  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
  • Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
  • Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
  • Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;
  • Proqram təminatının monitorinqlərinin aparılması;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Avadanlıqların quraşdırılması və sazlanması;
  • Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
  • Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
  • Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
  • Dəyişikliklərin sənədləşdirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK SISTEM ADMINISTRATOR qeyd etməyiniz vacibdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər