8 C
Baku
Monday, March 10, 2025

Texniki dəstək üzrə stajçı mütəxəssis / baş mütəxəssis (Xalq Bank)

TƏLƏBLƏR:

• Ali təhsil (Texniki ixtisaslara üstünlük veriləcək);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Hərbi xidməti bitirənlər vəya uzun müddətli möhlət hüququ olanlar (oğlanlar üçün);
• MCP sertifikatı olan namizədlərə üstünlük verilə bilər;
• Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi arzuolunandır;
• TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər;
• “Windows domain”, fibro – optik texnologiyalar (İP/MPLS), VoİP sistemlərinin işi üzrə biliklər;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

  • Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)
  • Vəzifə : İnformasiya texnologiyaları İdarəsinin Sistem və texniki xidmət şöbəsinin texniki dəstək üzrə şöbəsinin stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi
  • Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN) ödənilməklə stajçı mütəxəssis götürülə bilər.
  • İş qrafiki: 09:00 – 18:00/ Bazar ertəsi – Cümə
  • Şəhər: Bakı

İŞÇININ VƏZIFƏSI:

• İT infrastruktur elementlərinin idarə edilməsi və onlara nəzarət;
• “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
• Yeni İT infrastrukturunun, avadanlıqlarının inkişaf etdirilməsi və onların təminatında iştirak;
• İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E – mail :  [email protected]
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Son xəbərlər
Digər xəbərlər