Texniki geoloq (Daşkəsən)
TƏLƏBLƏR
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında ilkin biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər;
• Yerüstü xəritəalma işlərinə dair ümumi anlayışa sahib olmaq;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
• Dil bilikləri: Azərbaycan dilinə sərbəst, İngilis və Rus orta səviyyədə danışıq və yazı bacarığı;
• Çöl şəraitində yerinə yetirdiyi işlərin nəticələrinin ümumi məlumatlar bazasına yerləşdirmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
• Geologiya, Geofizika yönümlü ixtisaslar üzrə ali təhsil;
• Profil üzrə minimum 1 il iş təcrübəsi (profil üzrə təhsilini yeni bitirmiş məzunlarda iştirak edə bilərlər).
VƏZİFƏLƏR
Əsas vəzifə və öhdəliklər:
• Müxtəlif təyinatlı tarixi geoloji materialların sistemləşdirilməsi,analizi və müvafik nəticələrin çıxarılması;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək;
• Buruq-qazma quyularına nəzarət, kern materiallarının sınaqlaşdırılması, sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi (məlumatların bazaya daxil olunması);
• Yerüstü qeofiziki (elektrik,maqnit kəşfiyyatı və s.) üsulları üzrə çöl şəraitində işləmək və alınmış nəticələrin çözülməsi ;
• Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.
İŞ ŞƏRAİTİ
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Texnik geoloq” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.