25 C
Baku
Monday, September 8, 2025

Texniki nasazlıqdan baş verən qəzalarda niyə kasko sığortası ödənişi edilmir?

Texniki nasazlıq səbəbindən baş verən qəzalar zamanı sürücülərə kasko sığortası ödənişi verilmir…

Ekspertlər sürücülərin bir çoxunun bundan xəbərsiz olduğunu bildirirlər.

Ödəniş o halda mümkündür ki, bütün şərtlərə əməl olunsun. Əks halda sığorta şirkətləri kasko sığortası olan avtomobilə görə dəyən zərəri qarşılmaqdan imtina edə bilər. Məsələn, qəzadan əvvəl yaranan mexaniki sıradan çıxmalar, normal istismar nəticəsində yaranan köhnəlmə və ya sığorta öhdəliklərinə zidd olan texniki vəziyyətlər sürücünün sığorta təminatını əlindən ala bilər.

Bəs texniki nasazlıq deyəndə konkret nə nəzərdə tutulur?

Avtomobilin texniki vəziyyəti qəza sonrası avtoekspertiza vasitəsilə yoxlanılır. Əgər sübut olunarsa ki, qəza texniki nasazlıq üzündən baş verib, şirkət ödəniş etməyə bilər.

Ətraflı videoda:

Son xəbərlər
Digər xəbərlər