11 C
Baku
Wednesday, December 11, 2024

Texnologiya nəhəngləri ABŞ və Çin arasındakı ticarət müharibəsi nəticəsində $150 mlrd itiriblər

ABŞ və Çin arasında gedən ticarət müharibəsinin genişlənməsi, bir sıra texnologiya şirkətlərinə təsir göstərib. Ümumilikdə dünyanın ən böyük texnologiya nəhənglərinin kapitallaşması 150 milyard dollar azalıb.

Banker.az xəbər verir ki, Yuanın devalvasiyası ilə vəziyyət daha da pisləşib. Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp, Çindən idxal edilən bütün mallara 10%-lik gömrük rüsumlarını tətbiq etmək niyyətində olduğunu bildirmişdir. Prezidentin bu bəyanatından sonra “Apple” şirkətinin kapitallaşması 2% azalıb.

Yaxın gələcəkdə tariflərin daha çox artması gözlənilir.

Bu o deməkdir ki, ticarət müharibəsində heç kim qalib olmayacaq.

“Apple” dan başqa, “Facebook”, “Amazon”, “Netflix” və “Google” da zərər çəkiblər.

“Facebook” 4%, “Amazon” 3,2%, “Netflix” və “Google” isə 3,5% ucuzlaşıb. Çinin istehsal sahəsindən asılı olan digər şirkətlər də səhmlərin aşağı düşməsini qeydə alıblar. “Dow Jones Industrial Average” indeksi 767 punkt və ya 3%, “Nastaq” 278 punkt və ya 3,5% düşüb.

 

Son xəbərlər
Digər xəbərlər