10 C
Baku
Wednesday, December 11, 2024

Texnologiya şirkətlərinə bəd xəbər

Avropa Birliyinin (Aİ) Amerika texnologiya nəhənglərinə vergi təzyiqi gündən-günə artır.

Fransa, Almaniya, İtaliya və İspaniyanın məsələ ilə bağlı birgə bəyanatı İT şirkət rəhbərlərinin başını ağrıdacaq.

Belə ki, onlar Amazon, Google kimi çox sayda şirkəti tərkibində toplayan firmaların gəlirlərinə uyğun olaraq vergi ödəməli olduğunu bildirib.

Qeyd edək ki, rəqəmsal şirkətlər bu günə qədər illik qazancları üzərindən vergiyə cəlb edilirdi.

Mövzu ilə bağlı ümumi açıqlamanı isə Fransasnın iqtisadiyyat naziri Bruno Le Maire, Almaniya iqtisadiyyat naziri Wolfgang Schaeuble, İtaliya iqtisadiyyat Naziri Pier-Carlo Padoan və İspaniyanın iqtisadiyyat naziri Luis de Guindos verib.

Onlar məsələni Aİ-nin digər nazirləri ilə 15-16 sentyabr tarixlərində Talin şəhərində keçiriləcək iqtisadi və maliyyə işləri nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə etmək istəyir.

Tələb edilir ki, İT şirkətlər vergi ödəmələrini yalnız yerləşdikləri yerlərdə deyil, dəyər yaratdıqları yerlərdə də ödəməlidir. Buna görə də, “Permanent Establisment” adlı iş yeri vegisi ilə bağlı məqamlar müzakirə ediləcək.

Son xəbərlər
Digər xəbərlər