26 C
Baku
Saturday, July 27, 2024

Texnoloji avadanlıqlar satan şirkətin xalis mənfəəti 2 dəfə artıb

Azərbaycanda şirkətləri orta və aşağı elektrik cərəyanı sistemləri təmin edən “ESTET” MMC 2022-ci ildə 2 mln. 164.9 min manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə şirkətin konsolidə edilmiş illik audit hesabatına istinad edir.

Bu da 2021-ci illə müqayisədə 2 dəfədən çox artım deməkdir. 2021-ci ildə şirkətin xalis mənfəəti 1 mln. 59.2 min manat olmuşdu.

Şirkət qeyd edilən müddətdə 16 milyon 409.8 min manat əsas əməliyyat gəliri əldə edib. Bu da 2021-ci illə müqayisədə 37% çoxdur.

Şirkətin satışının maya dəyəri 817.6 min manat olub. Bu, 2021-ci ildə 536.9 min manat idi.

Xatırladaq ki, “ESTET” MMC 2010-cu ildə təsis edilib, Gürcüstan Respublikasında törəmə müəssisəsi var.

343242

Son xəbərlər
Digər xəbərlər