12 C
Baku
Friday, March 29, 2024

Texnoloji soyuq müharibə: ABŞ və Avropa ölkələrinin “Huawei” ilə qarşıdurması

“Huawei” şirkətinin böyüklülüyü

Bloomberg nəşrinə görə, hazırda Huawei, 5G şəbəkələrinin inkişafında milyardlarla dollar sərmayə qoyan ən böyük Çin şirkətlərindən biridir və həm yerli, həm də beynəlxalq bazarlarda yeni məlumat ötürülmə texnologiyası üçün bütün patentlərin 10% -nə sahibdir.

1 5

Patentlər infrastrukturun yaradılması üçün bütün texnologiyaları əhatə edir: məlumat ötürülməsindən mobil şəbəkə təhlükəsizliyinə qədər.

2018-ci ildə Huawei-in gəlirləri 100 milyard dolları aşaraq, EricssonBoeing kimi məşhur şirkətləri geridə qoydu.

Şirkət, dünyanın ən böyük telekommunikasiya qurğusunun aparıcı tədarükçüsü deyil, həmçinin fəaliyyətləri Afrika, Avropa və Asiyanı əhatə edən ən böyük Çin texnologiya şirkətinə çevrilmişdir.

2 6

Əsas avadanlıq istehsalçılarının kommunikasiya bazarında payı.

“Huawei” nədə və nəyə görə ittiham olunur

ABŞ milli təhlükəsizlik ekspertləri hesab edirlər ki, Çin korporativ, elmi və hərbi sirləri oğurlayaraq öz iqtisadiyyatını gücləndirib. Problemlərdən biri – Çin telekommunikasiya avadanlıqları amerikalılara casusluq etmək məqsədilə istifadə edilə bilər.

Xüsusilə, ABŞ hökuməti Huawei-in telekommunikasiya cihazları casusluq etmək məqsədilə Çin hökumətinin xeyrinə istifadə edilə biləcəyindən qorxaraq, digər ölkələrin HuaweiZTE məhsullarından imtina etməyə çağırır.

Beləliklə, ABŞ, 5G şəbəkələrinin aktiv inkişafı və Huawei-in maraqlandığı yeni infrastrukturun qurulması fonunda şirkətin qlobal telekommunikasiya bazarında əsas problemləri yaradır.

Huawei, 2009-cu ildən etibarən, 5G məhsullarını inkişaf elətdirərək, Ericsson Nokia ilə birgə dünyanın ən iri istehsalçılarından biridir. IHS Markit araşdırma şirkətinin məlumatına görə, 2022-ci ilədək mobil 5G bazarının dövriyyəsi 11 milyard dollara çatacaq.

ABŞ səlahiyyətliləri elə hesab edirlər ki, şirkətin 5G şəbəkəsinin inkişaf elətdirilməsi sahəsində aktiv şəkildə iştirak etməsi, təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artırır.

Huawei ilə ABŞ arasında ilk problem 2003-cü ildə, şəbəkə avadanlığı istehsalçısı Cisco Systems şirkətinin iddiası ilə başladı. 2004-cü ildə şirkət mübahisəli kod və proqram təminatının elementlərini silərək məsələni həll etdi.

Daha sonra ABŞ şirkətlərindən intellektual mülkiyyətin oğurlanmasına dair başqa iddialar ortaya çıxmağa başladı. Motorola, Huawei şirkətini əqli mülkiyyət oğurluğu iddiasında şübhəlilərdən biri olduğunu adlandırdı, 2014-ci ildə isə ABŞ-ın T-Mobile şirkəti Huawei-i texnologiyanın oğurlanmasında ittiham etdi.

2012-ci ildə ABŞ Konqresi HuaweiZTE şirkətinin 11 aylıq tədqiqat işinin nəticələrini nəşr etdi. Burada çinli istehsalçılar Çin hökuməti ilə əlaqələrinə görə ölkənin təhlükəsizliyinə qarşı potensial təhdid kimi qeyd edilmişdir.

ABŞ nümayəndələri və sənayeçi liderlər, Huawei şirkətinin Çin hakimiyyətinin maraqları çərçivəsində hər hansısa addımlar ata biləcəyindən qorxurlar. ABŞ-a görə, Huawei nümayəndələri ilə görüşməsindən sonra, Çin Xalq Azadlıq Ordusunun köhnə mühəndisi olan Ren Zhengfei də daxil olmaqla, şirkət hökumətlə münasibətini lazımi şəkildə izah edə bilmədi.

“Huawei” necə zərər çəkib

ABŞ

“AT&T” və “Hewlett Packard Enterprise” şirkətləri ilə əməkdaşlığın uğursuzluğa düçar olması

Şirkətin 2018-ci ildə qarşılaşdığı ilk problem, yanvar ayında AT & T operatorunun, Amerika operatorları tərəfindən həyata keçirilən yoxlamadan sonra, müqavilənin imzalanması ərəfəsində Huawei ilə əməkdaşlıqdan imtina etməsi oldu. Şirkət digər ABŞ-ın digər operatorları ilə danışıqları davam etdirəcəyini söylədi.

Aprel ayında, Huawei, SD-WAN texnologiyalarının inkişafı sahəsində HPE ilə tərəfdaş olduğunu elan etdi. Cavab olaraq HPE şirkəti qeyd etdi ki, bu informasiya tamamilə yanlışdır və şirkətin Huawei ilə əməkdaşlıq etmək niyyəti yoxdur.

ABŞ-ın dövlət müəssisələrində “ZTE” və “Huawei” məhsullarının qadağan olunması

ABŞ prezidenti Donald Tramp, avqust ayında ölkənin dövlət qulluqçularının və agentliklərin və podratçıların  ZTEHuawei məhsullarının istifadəsini qadağan etdi.

Qadağa istifadəçi məlumatlarının marşrutlaşdırılması və keçirilməsi üçün nəzərdə tutulmuş avadanlıqların istifadəsinə şamil olunur. Bütün cihazlar başqaları ilə əvəz olunmalıdır. Eyni zamanda Pentaqon hərbi bazalara xidmət göstərən pərakəndə şirkətlərə ZTEHuawei smartfonlarını satmağı qadağan etdi.

“Huawei” şirkətinin ABŞ-ın “qara siyahısına” daxil edilməsi

16 may 2019-cu ildə ABŞ prezidenti Donald Trump ölkədə fövqəladə vəziyyətin elan olunmasına dair fərman imzaladı, hansıki amerikan şirkətlərə ölkənin maraqları üçün təhdid olan telekommunikasiya avadanlığından istifadəsini qadağan edirdi.

ABŞ hökuməti Huawei şirkətinin amerikan texnologiyalarını idxal etməyinə qadağa qoyaraq, Google-un şirkət ilə əməkdaşlığını dayandırmasına səbəb olmuşdur.

2019-cu ilin 19 may tarixindən etibarən Çin istehsalçısı Google-un xidmətlərindən və bir sıra tətbiqlərindən istifadə edə bilməyəcəkdir. Şirkətin smartfonları Google-dan əməliyyat sisteminin yenimələrini daha almayacaqlar.

Avropada və digər ölkələrdə “ Huawei” in 5G avadanlığının qadağan olunması

Təəssüf ki, şirkət təkcə ABŞ ilə deyil, digər ölkələrlə də mübarizə aparmalı olur. Belə ki, bir çox ölkələr ABŞ ilə həmfikirdirlər. Bloomberg-in hesablamalarına görə, Huawei Avropa, Yaxın Şərq və Afrika bazarında mövqeyini itirərək, gəlirinin 27%-dən məhrum ola bilər.

Avropa Komissiyasının vitse-prezidenti olan Andrus Ansip, Avropa İttifaqı ölkələrini Çin təchizatçılarına ehtiyatla yanaşmağa çağırır. Onun fikrincə, Çin hökuməti çiplər vasitəsilə şifrli məlumatlara çıxış əldə edə bilərlər.

 

Avstraliya

2018-ci ilin avqustunda Avstraliya hökuməti ölkədə 5G infrastrukturunun inkişafı üçün HuaweiZTE avadanlıqlarının tədarükünü qadağan etdi.

Eyni zamanda Avstraliya Solomon Adaları ilə  Huawei arasındakı əməkdaşlığa qarşı çıxaraq, öz etirazını nümayiş etdirmişdir. Xatırladaq ki, daha öncə şirkət ilə Solomon adaları arasında mobil şəbəkənin istifadəyə verilməsinə dair müqavilə imzalanmışdır.

Almaniya

Avstraliyaya Almaniya da qoşulub: noyabr ayında hökumət alman telekommunikasiya operatorlarını Huawei avadanlıqları əsasında 5G şəbəkələrinin qurulmasını qadağan edən qanun layihəsini təklif etdi.

Yeni Zelandiya

 2018-ci ilin noyabr ayında Yeni Zelandiya hökuməti yerli telekommunikasiya şirkətindən “şəbəkə infrastrukturunun təhlükəsizliyinin riski” səbəbiylə şəbəkələri təkmilləşdirərkən Huawei avadanlıqlarından istifadə etmək təklifini rədd etdi.

Böyük Britaniya

Dekabr ayında Britaniyanın böyük telekommunikasiya operatoru “British Telecom”,  mövcud 3G və 4G şəbəkələrində, eləcə də 5G şəbəkələrinin tikintisində Huawei avadanlığından imtina edib. İngilis kəşfiyyatının nümayəndələri Huawei– in proqram təminatının təhlükəsizliyində qüsurlar” olduğunu təsdiqləyiblər.

Fransa

Fransanın informasiya təhlükəsizliyi üzrə milli agentliyi, telekommunikasiya avadanlıqları tədarükçülərinin texnologiyalarına tam çıxışı tələb edir, lakin Nokia Oyj, Cisco  və Ericsson AB-dən fərqli olaraq, Huawei məhsullarını mobil şəbəkələrin inkişafına öz iştirakını istisna edən test və sertifikatlaşdırma üçün təqdim etməyib.

Fransanın Orange SA şirkəti bildirib ki, 5G infrastrukturun yaradılması üçün Huawei avadanlığından imtina edir.

Yaponiya

Hökumət 2019-cu il aprelindən etibarən dövlət şirkətləri və ordu üçün Çin şirkətlərinin kompüterlərinin, serverlərinin və telekommunikasiya avadanlığının alınmasını qadağan edən dövlət satınalmaları üçün yeni qaydaları təsdiqlədi.

Yaponiyanın SoftBank Group, NTT DocomoKDDI şirkətləri 2020-ci ildə kommersiya 5G şəbəkələrini işə salmağa hazırlaşırlar. Onlar şəbəkələrin tikintisi zamanı Çin avadanlığından istifadə etməyəcəklərini bildiriblər, əsas səbəb kimi ölkənin milli təhlükəsizliyi ilə bağlı olan narahatlıqlar göstərilir.

SoftBank yeganə şirkətdir ki, 4G şəbəkəsi ZTEHuawei avadanlıqları əsasında qurulub. Şirkət hazırda təchizatçını dəyişdirmək imkanını nəzərdən keçirir.

Belçika

Belçikanın kibertəhlükəsizlik mərkəzi dekabr ayında Çin avadanlığının tədqiqatına başlayaraq,  ölkədə Huawei cihazlarını qadağan etməyə hazırdır. Şirkət ProximusOrange Belgium provayderləri üçün avadanlıq tədarük edir.

Norveç

2019-cu il 11 yanvar tarixində Norveç Ədliyyə Nazirliyinin rəhbəri, Reuters ilə söhbətində qeyd edib ki, ölkənin səlahiyyətliləri ABŞ-ın və İngiltərənin narahatlıqlarını bölüşürlər və bu səbəbdən 5G infrastrukturunun inkişafında Huawei şirkətinin iştirakını qadağan edə bilərlər. Hazırda Huawei avadanlığından TeliaTelenor operatorları istifadə edirlər. 

Çexiya

11 yanvar tarixində Çexiyanın informasiya və kibertəhlükəsizlik üzrə agentliyinin rəhbəri olan Dusan Navratil bildirib ki, “Çinin qanunları özəl şirkətlərin ölkənin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməyini tələb edir, ona görə də onlar milli təhlükəyə çevrilə bilərlər”.

Ölkənin hökuməti qeyd edir ki, ZTEHuawei proqramlarından istifadə, təhlükəsizliyə qarşı əsas təhdidlərdən biridir.

“Huawei” in tərəfdarları

Şirkətə dəstək olan ölkələrə Qvineyanı aid etmək olar, belə ki, tərəflər arasında müəyyən əməkdaşlıq münasibətləri vardır.

Almaniyada fikirlər iki yerə bölündü: informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Arne Shoebn hesab edir ki, qadağa üçün əsaslı dəlillər lazımdır. AFR-in iqtisadiyyat naziri Peter Altmayerin fisə şirkətə qarşı olmadığını və gələcəkdə onun ölkədə 5G şəbəkəsinin inkişaf elətdirilməsində iştirak etməsini planladığını söyləyib.

“Huawei” şirkətinin maliyyə direktorunun Kanadada həbs edilməsi

Hadisə 2018-ci il dekabr ayının 1-də, ABŞ-ın Vankuver ştatında baş verib. Şirkət İranın telekom şirkətləri ilə qeyri-rəsmi əlaqələrin qurulmasında ittiham olunmuşdur.

 

Şirkətin maliyyə direktoru Meng Wanzhou, dekabr ayının 12-də azadlığa buraxıldı. Növbəti məhkəmə prosesi 2019-cu ili fevralında baş tutacaq.

“Huawei” in ittihamlara və qadağalara verdiyi reaksiya

Şirkətin nümayəndələri irəli sürülən bütün ittihamları rədd edərək, Çin hökuməti ilə əməkdaşlıq etmədiyini bildirib. Bundan əlavə olaraq, Huawei  proqram təminatının yaxşılaşdırılmasına və kiber hücümlardan mühafizəyə 2 milyard dollar xərcləməyi planladığını qeyd edib. Şirkətin sədri Ken Xu hesab edir ki, mövcud vəziyyət bütün dünya üzrə texnologoyaların inkişafına mənfi təsir göstərəcək.

Ekspertin fikrincə, texnologiya nəhənginin beynəlxalq bazardan çıxması, böyük fəsadlara gətirib çıxaracaq. “Bizim dünya üzrə 13 mindən çox tədarükçümüz var və biz ildə 70 milyard dollarlıq ehtiyat hissələrini alırıq. Tədarükün dayandırılması bütün dünya iqtisadiyyatına təsir edəcəkdir”, – deyə Ken Xu əlavə edir.

Ekspertlər Ken Xu-nun mövqeyini dəstəkləyirlər. Nixil Bxatra qeyd edir ki, Huawei bazarı tərk etdiyi halda, 5G şəbəkəsini inkişaf elətdirəcək cəmi iki şirkət qalacaq- EricssonNokia. Bu, dünya bazarında rəqabətin zəifləməsinə, qiymətlərin qalxmasına və inkişafın yavaşamasına səbəb olacaq.

Mütəxəssisin fikrincə, 5G uğrunda mübarizədə ticarət və iqtisadi sanksiyalar da daxil olmaqla, istənilən vasitələr istifadə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər