1 C
Baku
Cümə, Yanvar 21, 2022

Teymur Musayev: “Omicron aşkarlansa, məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”

“Səyahət edən vətəndaşlardan COVID sertifikatları və neqativ PCR test istəyi tələblər sırasındadır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O, vaksinasiyaya aktiv qoşulan vətəndaşlara təşəkkür edib: “Azərbaycanla həmsərhəd olan ölkələrdə artıq Omikron ştamı qeydə alınıb və yayılmaqdadır. Azərbaycana da Omicronun gəlməsi və yayılması zamana bağlı məsələdir. Ştam ölkəmizdə peyda olsa və yayılmağa başlasa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”.

Son xəbərlər
Oxşar xəbərlər