16 C
Baku
Friday, April 26, 2024

Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub

Azərbaycan şahmatçısı Teymur RəcəbovRusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı “tay-breyk” görüşünü keçirib.

32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.

Altıncı duel Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub – 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) “tay-breyk” oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər