8 C
Baku
Wednesday, November 30, 2022

Tezliklə İsraildə səfirliyimiz açılacaq

Azərbaycanın İsraildə səfirlik açması məsələsi yenidən gündəmdədir. Bəzi xarici KİV-lərdə yer alan xəbərlərə əsasən, hər iki tərəf səfirliyin açılması istiqamətində ciddi işlər görür və yaxın zamanlarda diplomatik nümayəndəliyin fəaliyyəti başlaması gözlənilir.

İsrailin Dövlət Radio və Televiziyasının yaydığı məlumata görə, İsraildə Azərbaycan səfirliyinin açılması artıq reallığa çevrilir. Hazırda hazırlıqların aparıldığını yazan İsrail mətbuatı gecikmənin texniki işlərlə bağlı olduğunu bildirib. Bundan əlavə, İsrail mediası Bakı və Tel-Əvivin səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar apardığını bəyan edib.

Bəs, səfirliyin açılması nə vaxta təsadüf edəcək?

İsrailli siyasi ekspert David Gendelman açıqlamasında bildirib ki, yaxın zamanda Azərbaycanın İsraildə səfirlik açacağına ümid edir.

“İsrail mətbuatında tez-tez Azərbaycanın yaxın zamanda səfirlik açacağını oxuyuruq. Bu prosesin sürətlənəcəyini gözləyirik. İranın Qafanda Baş konsulluq açmasına Azərbaycanın İsraildə səfirlik açması yaxşı cavab olacaq. Bu, həm də siyasi olaraq güclü cavabdır. Azərbaycanın İsraildə səfirlik açması üçün heç bir əngəl yoxdur”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Milli Məclisdə də deputatlar tərəfindən ölkəmizin İsraildə səfirlik açması məsələsi qaldırılıb və təklif parlamentarilər tərəfindən dəstəklənib.

Xatırladaq ki, İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər
X